Türkiyənin uzaq mənzilli hava hücumundan müdafiə sistemi SİPER ÜRÜN-1 sistemindən buraxılan raket 100 km uzaqlıdakı hədəfi uğurla məhv edib.
AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti yanında Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir deyib.
O, Türkiyənin 100-cü ildönümündə müdafiə sənayesinin millətə yeni il hədiyyəsi etdiyini bildirib.