ABŞ bazasına raket hücumu: helikopterlər havaya qaldırıldı

ABŞ bazasına raket hücumu: helikopterlər havaya qaldırıldı

Suriyanın şimal-şərqindəki Deyr əz-Zor əyalətindəki ABŞ hərbi bazası raket hücumuna məruz qalıb.

AzerTimes xəbər verir ki, bu barədə Suriya Radio və Televiziya Baş İdarəsi məlumat verib.

Məlumata görə, bazaya bir neçə raket atılıb, bundan sonra ABŞ helikopterləri ərazi üzərində səmaya qaldırılıb.

Zərbələr nəticəsində ölənlər və maddi ziyan barədə məlumat verilməyib.

Teqlər: