“Sinovac” şirkəti Cənubi Afrikada 6 aylıq uşaqlarda COVID-19-a qarşı peyvəndi sınayacaq

Çinin “Sinovac” əczaçılıq şirkəti koronavirusa qarşı peyvəndinin təsirini 6 aydan 17 yaşa qədər olan uşaq və yeniyetmələrdə sınayacaq.

AzerTimes-ın məlumatına görə, bu barədə Global Times qəzeti xəbər verib.

Məlumata əsasən, bu, bu yaşda olan uşaqlarda peyvəndənin 3-cü mərhələsinin ilk klinik sınağı olacaq.


Sinovac və Cənubi Afrika tərəfdaşı “Numolux Group” Cənubi Afrikada araşdırmlar aparacaqlar.

Bildirilib ki, onların birgə bəyanatlarına görə, altı aydan 17 yaşa qədər olan uşaq və yeniyetmələri əhatə edən sınaqların məqsədi “Sinovac” peyvəndlərinin koronavirus infeksiyasına və ağır COVID-19 hallarına qarşı təhlükəsizliyinin, immunogenliyinin və effektivliyinin qiymətləndirilməsidir.