Xəbər - Elçin Mehdiyev – Trend:
Qəbul imtahanlarından əvvəl keçirilən sınaq imtahanlarının
qiymətinin aşağı salınması təklif edilir.
AzerTimes-ın məlumatına görə, bu təkliflə deputat Naqif Həmzəyev
parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.
O qeyd edib ki, sınaq imtahanlarının qiyməti hazırda 40
manatdır: “Bu qiymətlər aşağı salınmalıdır ki, abituriyentlər daha
çox sınaq imtahanında iştirak edə bilsinlər. Bu məsələnin diqqətdə
saxlanılması və həll edilməsini xahiş edirəm”, – deyə deputat əlavə
edib.