Simonyan: Zelenskinin ofisi, Rada hələ də vurulmayıb?

Simonyan: Zelenskinin ofisi, Rada hələ də vurulmayıb?

“Rossiya Seqodnya” media qrupunun və RT kanalının baş redaktoru Marqarita Simonyan Krım körpüsünün partladılmasına reaksiya verərək, Kiyevin mərkəzinə cavab zərbələri endirilməsinə eyham vurub.

AzerTimes xəbər verir ki, o, bu barədə Teleqram kanalında yazıb.

“Bankovaya (Kiyevdə Ukrayna Prezidentinin Ofisinin yerləşdiyi küçə) hələ də yerindədir, yoxsa orada artıq nəhəng quyu (bomba partlayışında yaranmış çuxur – red.) var? Bəs Radanın binası hələ də dağıdılmayıb? Bəs Dnepr üzərindəki körpülər haqqında nə demək olar? Hələ də durur?” – o bildirib.

Qeyd edək ki, 17 iyulda Krım körpüsünü 2 dronla hücum edilib, nəticədə dağıntı var və iki nəfər ölüb.

Teqlər: