Simonyan hərbi sirri açdı: Lavrov dedi ki…

Simonyan hərbi sirri açdı: Lavrov dedi ki…

Rusiyanın xarici işlər naziri Serqey Lavrov ilə uzun-uzadı söhbət etdim. O, mənə bəzi gizli məqamlar barədə danışdı. Rus ordusunun Ukyaynadakı əməliyyatının harada dayanacağı barədə dedikləri isə həqiqətən də maraqlıdır.

AzerTimes xəbər verir ki, bu fikirlərlə “Rossiya 1” telekanalının efirində Rusiyanın erməniəsilli jurnalisti Marqarita Simonyan çıxış edib.

“Hazırda əsas məsələ Rusiya silahlı qüvvələrinin Ukraynada nə vaxt dayanacağı deyil. Əsas sual harada və hansı hərbi tapşırığı yerinə yetirdikdən sonra dayanacağıdır. Mən bu sualı Lavrova verdim. XİN başçısı mənə başa saldı ki, bu bir hərbi sirr olduğundan bəzi detalları deyə bilməyəcək. Amma mən onun cavabından razı qaldım. Onun cavabından sonra fikirlərimdə bir çox suallara aydınlıq gəldi. Deməli, hazırda əsas məsələ təmas xəttini bacardığımız qədər Ukraynanın içinə çəkməkdir.

Yeni raketlər Ukraynaya verildikdən sonra Rusiya hərbi komandanlığı bəzi tapşırıqlara korrektə edəsi oldu. Mən elə düşünürəm ki, yeni Rusiya-Ukrayna sərhədi Lvov şəhəri ətrafında ola bilər”, – deyə Simonyan qeyd edib.

Teqlər: