Simonyan erməniləri tayfa adlandırdı – Video

Simonyan erməniləri tayfa adlandırdı – Video

“Rossiya Seqodnya” media qrupunun və RT kanalının baş redaktoru Marqarita Simonyan erməni etnosunu Rusiyanın özünə birləşdirdiyi tayfa adlandırıb.

AzerTimes xəbər verir ki, Simonyan bu fikirləri “Rossiya 1” telekanalında yayımlanan “Vladimir Solovyovla axşam” verilişində səsləndirib.

“Rusiya nə etdi? Rusiya ermənilər də daxil olmaqla, dövlətçiliyi olmayan xalqları, ölkələri, bəzi tayfa qruplarını ilhaq etdi və bu etnik qrupların öz mədəniyyətinə, dəyərlərinə, dilinə uyğun inkişaf etməsinə imkan verdi”, – Simonyan bildirib.

Teqlər: