Şimali Koreyada sutkada 96 min nəfərdə qızdırma əlamətləri aşkarlanıb

Ötən sukta ərzində Şimali Koreya hakimiyyəti ən azı 96 020
nəfərdə qızdırma əlamətləri aşkarlayıb, aprelin sonundan bəri
koronavirusun yayılması fonunda belə halların ümumi sayı 3,64
milyondan çox olub.

AzerTimes-ın
məlumatına görə, bu barədə “Yonhap” agentliyi Koreya Mərkəzi
Teleqraf Agentliyinə istinadən bildirib.

Məlumata əsasən, qızdırmalı xəstələrin ümumi sayından 3,46
milyonu sağalıb, 183 mini müalicə olunur.

Son sutka ərzində yeni ölüm halı qeydə alınmayıb, ölənlərin
ümumi sayı 70 nəfərdir. Seuldan verilən məlumata əsasən, qızdırma
hallarının sayına təkcə koronavirusa yoluxanlar daxil deyil.