Aİ ilin sonuna qədər Rusiyadan neft idxalının 90 faizindən imtina etməyə ümid edir

Avropa İttifaqı (Aİ) neft tədarükünə təxirə salınmış embarqonun
tətbiqi çərçivəsində ilin sonuna qədər Rusiyadan neft idxalının
90%-dən imtina etməyə ümid edir, Aİ liderlərinin Brüsseldə
keçirilən sammitdə bunun tətbiqinə dair siyasi razılaşma əldə
olunub.

AzerTimes-ın məlumatına görə, bu barədə Avropa Komissiyasının sədri
Ursula fon der Leyen deyib.

“Mən Avropa Şurasında Rusiyaya qarşı neft sanksiyalarına dair
razılaşmanı alqışlayıram. Bu, ilin sonuna kimi Rusiyadan [Aİ-yə]
neft idxalını 90% azaltmağa imkan verəcək”, – deyə Ursula fon der
Leyen öz “Twitter” səhifəsində yazıb.

Teqlər: