Şimali Koreyada son 24 saatda 167 mindən çox insan Pxenyanın
“qızdırma” adlandırdığı xəstəliklə xəstələnib, bir nəfər
infeksiyanın nəticələrindən dünyasını dəyişib.
AzerTimes-ın məlumatına görə, bu barədə Koreya Mərkəzi Teleqraf
Agentliyi xəbər verib.
Məlumata əsasən, ölənlərin ümumi sayı 68 nəfərə yüksəlib, ölüm
göstərici isə 0,002 faiz təşkil edib.
Aprelin sonundan bazar günü axşam saatlarına qədər qızdarma
hallarının sayı 2,81 milyonu keçib. Ümumi yoluxma sayından 2,3
milyon nəfər (82,9%) sağalıb, daha 479,4 min nəfər (17%) müalicə
olunur.