Filippin sahillərində gəmi yanıb, 7 nəfər həlak olub

Filippinin Luzon adasının sahillərində sürətli qayığın yanması
nəticəsində azı 7 nəfər həlak olub.

AzerTimes-ın
məlumatına görə, bu barədə Filippin Sahil Mühafizəsinin rəsmi “Facebook” səhifəsində bildirilib.

Məlumata əsasən, gəmidə 124 sərnişin olub, onlardan 105-i xilas
edilib.

Yerli vaxtla səhər saat 05:00 radələrində gəmi Polillo adasından
ayrılaraq Luzon adasına doğru yola düşüb. Yanğın təyinat
məntəqəsinə 1 km-dən az qalmış zaman baş verib.