Şimali Koreyada ilk koronavirusa yoluxma halı aşkar edilib.
Trend xəbər
verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Qeyd olunur ki, mayın 8-də hakimiyyət orqanları Pxenyan
sakinlərindən analiz götürüb. Nəticədə bir nəfərdə “omikron”
ştammının altnövü aşkarlanıb.
Bununla bağlı Şimali Koreya hakim partiyasının Mərkəzi
Komitəsinin Siyasi Bürosunun iclası keçirilib. Toplantıda KXDR
lideri Kim Çen In virusun yayılmasının qarşısını almaq üçün ölkə
sərhədlərinə nəzarəti gücləndirməyə çağırıb.
Pandemiya şəraitində KXDR hakimiyyəti 2020-ci ilin əvvəlində
ölkəni infeksiyanın yayılmasından qorumaq üçün fövqəladə tədbirlər
görüb, o cümlədən dövlət sərhədləri bağlanıb.
Pxenyan beynəlxalq COVAX mexanizmi çərçivəsində respublikaya
koronavirus vaksinlərin tədarükündən imtina edib.