Şimali Koreyada hipersəsli raketin sınaq buraxılışı həyata keçirilib

Şimali Koreyada yeni “Hvason-8” hipersəsli raketinin ilk sınaq buraxılışını həyata keçirdiyini bildirilib

AzerTimes-ın məlumatına görə, bu barədə Yonhap agentliyi məlumat yayıb.

Məlumatda qeyd edilib: “KXDR Milli Müdafiə Akademiyası Caqanq vilayətində yeni hazırlanan “Hvason-8″ hipersəsli raketinin sınaq buraxılışını həyata keçirib”.


Sınaq buraxılışında Koreya Əmək Partiyası (KƏP) Mərkəzi Komitəsi Siyasi Büro Rəyasət Heyətinin üzvü Pak Çon və müdafiə elmləri sektorunun rəhbər işçiləri iştirak ediblər.