Şimali Koreya taktiki idarə olunan raketləri sınaqdan keçirib

Şimali Koreya taktiki idarə olunan raketləri sınaqdan keçirib.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Mərkəzi Teleqraf Agentliyinə istinadən “Reuters” xəbər verir.

Məlumata əsasən, raketlər ölkənin qərbindən buraxılıb və sınaq zamanı sistem şərq sahillərində adadakı hədəfi dəqiq vurub.


Bildirilir ki, sınaq zamanı kütləvi istehsal olunan raket sisteminin dəqiqliyini, təhlükəsizliyini və səmərəliliyini təsdiqlənib.