Şimali Koreya Putinlə görüşün təfərrüatını açıqladı

Şimali Koreya Putinlə görüşün təfərrüatını açıqladı

Rusiya Prezidenti Vladimir Putinlə Şimali Koreyanın xarici işlər naziri Çoy Sonq Hi arasında ötən gün keçirilən görüşün təfərrüatı bəlli olub.

AzerTimes xəbər verir ki, bu barədə Şimali Koreyanın KCNA xəbər agentliyi məlumat yayıb.

Agentlik bildirib ki, Kremldə keçirilən protokol görüşü zamanı birgə rifah və inkişaf, eləcə də regionda sülh və təhlükəsizliyin təmin edilməsi məsələləri müzakirə olunub.

Qeyd olunub ki, regionda və dünyada sülh və təhlükəsizliyi təmin etmək üçün sıx əməkdaşlıq etmək və qarşılıqlı fəaliyyət göstərmək barədə fikir mübadiləsi aparılıb.

Teqlər: