“Şimal axını”nı kimin partlatdığını bilmirik – NATO

“Şimal axını”nı kimin partlatdığını bilmirik – NATO

NATO “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərində kimin təxribat törədə biləcəyini bilmir.

AzerTimes xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq deyib.

“Bu təxribat NATO-nun kritik sualtı infrastrukturunun qorunmasının zəruriliyini təsdiqləyir”, – Stoltenberq bildirib.

Qeyd edək ki, “Nyu York Tayms” qəzeti ABŞ kəşfiyyatının “Şimal axını” kəmərinin partladılmasında ukraynayönlü qrupun iştirakına işarə etdiyini yazmışdı.

Teqlər: