Azərbaycan Sənaye Sığorta yeni “Xarıbülbül” məhsulunu təqdim edir. Bu məhsulu əldə edən müştərilər Yaşat fonduna ianə etmiş olacaqlar.
Yeni məhsul sərfəli şərtləri ilə seçilir. Belə ki, “Xarıbülbül” kasko sığortasını
99 AZN ödəməklə 1 000 manat; 199 AZN ödəməklə 2 500 manat; 299 AZN ödəməklə 5 000 manatlıq təminat əldə etmək mümkündür.
Yeni məhsulun əsas üstünlüyü, avtomobilin tam dəyərinə uyğun sığorta haqqı ödəmədən, kiçik sığorta haqqına uyğun böyük təminatların əldə olunmasıdır.
Yeni məhsulun digər üstünlükləri:
kiçik ödənişlə, böyük təminat; təqsirkar olmadığınız halda azadolmanın olmaması; sığorta haqqının faizsiz hissəli ödəniş imkanı; sənədlərin toplanması xidməti; evakuasiya xidməti və s.
Azərbaycan Respublikasının zəfər müharibəsində qalibiyyət hisslərini bizə yaşadan igidlərimiz hər zaman diqqətimizdədir. Yaralananların və şəhid ailələrinin təminatına dəstək olaraq, “Xarıbülbül” kasko sığorta məhsulunu əldə edən müştərilər Yaşat fonduna 5% ianə etmiş olacaqlar.
“Xarıbülbül” kasko sığorta məhsulu haqqında ətraflı məlumat almaq üçün “Azərbaycan Sənaye Sığorta” ASC-nin baş ofisi və nümayəndəliklərinə yaxınlaşa, [email protected] mail ünvanına yaza və ya (012) 404 13 03 (2831) xətti ilə əlaqə saxlaya bilərsiniz.