Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin Füzulidə filialı yaradılacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki
Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan
şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin bu il
Füzuli rayonunda filialı yaradılacaq.

Nazirlikdən AzerTimes-a verilən
məlumata görə, Agentliyin hazırda paytaxtda fəaliyyət göstərən
Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində baxımsız, kimsəsiz
və sosial təhlükəli vəziyyətdə olan uşaqlara stasionar şəraitdə
zəruri sosial xidmətlər göstərilir.

Xüsusilə də həmin insanların normal həyat tərzinə qayıdışı,
sosial adaptasiyası və reabilitasiyası işləri aparılır.

Burada hazırda 10-u oğlan, 15-i qız olmaqla 25 uşaq həmin
xidmətlərdən yararlanır. Müəssisədə ötən il 68 uşağa sosial
xidmətlər göstərilib.


Müəssisənin Füzuli rayonunda yaradılacaq filialına qəbul
olunacaq uşaqlarla, həmçinin onların ailələri ilə xüsusi tərtib
edilmiş fərdi qayğı planı əsasında iş aparılacaq.

Sosial işçilər, psixoloq, tibb işçisi, pedoqoq və tərbiyəçilər,
dərnək rəhbərləri, musiqi və idman mütəxəssisləri müəssisədə qeyd
olunan kateqoriyadan olan uşaqlara reabilitasiya yönümlü zəruri
sosial xidmətlərin göstərilməsini təmin edəcək.

Teqlər: