Rektor təcrübə keçəcək tələbələrlə görüşüb (FOTO)

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) IV kurs tələbələrindən
bir qrupu məscidlərdə təcrübə keçəcək.

Təcrübə keçəcək tələbələrlə görüşən Aİİ rektoru Aqil Şirinov
təhsilalanlara uğurlar arzulayıb. Ali təhsil müəssisəsinin rəhbəri
əsas məqsədin yüksək intellektə, geniş dünyagörüşünə malik,
sağlamdüşüncəli, Vətənini sevən mütəxəssislər hazırlamaq olduğunu
qeyd edib.

İnstitutun dövlətin diqqət və qayğısı ilə tam əhatə olunduğunu
diqqətə çatdıran rektor vurğulayıb ki, tələbələrimiz bu imkanlardan
istifadə etməli, biliklərini təkmilləşdirərək yüksəkixtisaslı
kadrlar kimi yetişməlidirlər.

A.Şirinov daha sonra bildirib ki, tələbələr ölkəmizin inkişafı,
daha da çiçəklənməsi naminə üzərlərinə düşən vəzifələrin öhdəsindən
layiqincə gəlməli, milli-mənəvi dəyərlərimizi birləşdirici ünsür
olaraq cəmiyyətə təbliğ etməlidirlər.


Daha sonra tələbələri maraqlandıran suallar ətrafında fikir
müzakirəsi aparılıb.

Qeyd edək ki, Aİİ tələbələri bu il Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsində və məscidlərdə təcrübə keçəcəklər.

Teqlər: