Şifrəni dəyiş: “Kaspersky”nin kibercinayətlərlə bağlı podkastının ikinci mövsümü başlayıb

Kaspersky şəbəkə təhlükəsizliyi haqqında sənədli və səsli
podkastının ikinci mövsümünü təqdim edib. “Şifrəni dəyiş!” podkastında
şirkətin ekspertləri – Sergey Qolovanov, Aleksandr Qostev və
Aleksey Andreyev – kibercinayətkarlıq araşdırmaları haqqında
hekayələri ilə bölüşür və rəqəmsal dünyaya yeni təhlükələri
anlamağa kömək edirlər.

İkinci sezonun ilk buraxılışı son iki ayda kiberməkanda baş
verən hadisələrə həsr olunub. Mütəxəssislər psixoloji hücumları və
saxta xəbərləri müzakirə edir, hərbi əsirlərin axtarışını vəd edən
fişinq e-poçtları və zəngləri ilə nə etmək lazım olduğunu söyləyir
və rusiyalı istifadəçilərin şəxsi məlumatlarının xarici xidmətlərə
sızması ilə bağlı xəbərdarlıq edirlər. Podkast sayəsində
dinləyicilər yoxlanılmamış VPN xidmətlərinin hansı təhlükələr
yaratdığını və mənbə şifrələrinin həqiqətən Kaspersky-dən
oğurlanıb-oğurlanmadığını öyrənəcəklər.

Mövsümün növbəti buraxılışlarında mütəxəssislər aşağıdakı
mövzuları müzakirə edəcəklər:

– 2022-ci ilin əvvəlindən kibertəhlükələrin landşaftı necə
dəyişib;

– Qərb informasiya texnologiyaları (İT) təchizatçıları getdikdən
sonra şirkətlər müdafiəsiz qalacaqmı;

– informasiya təhlükəsizliyi sahəsində kadr çatışmazlığını necə
doldurmalı və niyə bütün İT mütəxəssisləri ölkəni tərk
etmirlər;

– texnologiya özünüzü və uşaqlarınızı uyğun olmayan məzmundan
qorumağa necə kömək edir;

– süni intellekt hakerlərlə mübarizəyə kömək edəcəkmi.

“Şifrəni dəyiş!” podkastı internetdən istifadə edən,
texnologiyanı sevən və informasiya təhlükəsizliyi ilə bağlı
hekayələrdə fırıldaqçıların qurbanına çevrilərək “məşhur olmaq”
istəməyən hər kəs üçün maraqlı olacaq.

“Şifrəni dəyiş!” podkastına Apple
Podcasts
, Yandex Music,

CastBox
və ya podkastları dinlədiyiniz istənilən digər platformada yazıla
bilərsiniz.

Fikir və təkliflərinizi [email protected] elektron poçt
ünvanına göndərə bilərsiniz.