Sidney sakinlərinə şəhəri tərk etmək qadağan edilib

Xəbər - Orxan Nəbiyev – Trend:

Avstraliyanın Sidney şəhərində koronavirus pandemiyası ilə bağlı şəhəri xüsusi buraxılış olmadan tərk etmək qadağan edilib.

Trend-in məlumatına görə, qayda sidneylilərin şəhərkənarına səfərlərinin qarşısının alınması üçün tətbiq edilib.

Qeyd olunur ki, Yeni Cənubi Uels ştatında iyunun sonundan qüvvədə olan qapanma tədbirlərinə baxmayaraq, koronavirusa yoluxma halları artır.


Ötən gün ştat ərazisində 390 yeni yoluxma qeydə alınıb ki, bu da pandemiya dövründə qeydə alınan ən yüksək göstərici olub.