Si Szinpinin Ər-Riyad səfəri: ABŞ əleyhinə əməkdaşlıq?

Si Szinpinin Ər-Riyad səfəri: ABŞ əleyhinə əməkdaşlıq?

Çin ilə əməkdaşlıq ABŞ-ın əleyhinə deyil.

AzerTimes xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Fərhan deyib.

“Ər-Riyad rəhbərliyi tək bir yolla getmir. Biz ölkəmizin imkanlarına inanırıq və hər kəslə əməkdaşlığa açığıq. Ölkəmizin inkişafı üçün Çinlə əməkdaşlıq etmək vacibdir. Bu o demək deyil ki, biz ABŞ və dünyanın digər iqtisadi cəhətdən güclü ölkələri ilə əməkdaşlıq etməyə səy göstərmirik. Ər-Riyad iki tərəf (ABŞ və Çin – red.) arasında seçim etmək məcburiyyətində qalacağına inanmır. Səudiyyə Ərəbistanı-Çin strateji tərəfdaşlığının perspektivli elementləri mövcuddur. Bundan başqa, ABŞ, Hindistan, Yaponiya, Fransa və Böyük Britaniya kimi digər ölkələrlə də strateji tərəfdaşıq”, – XİN başçısı bildirib.

Qeyd edək ki, Çin lideri Si Szinpinin Səudiyyə Ərəbistanına səfəri çərçivəsində iki ölkə arasında mühüm sənədlər imzalanıb.

Teqlər: