Si Szinpin Ərəbistana səfər edəcək

Si Szinpin Ərəbistana səfər edəcək

Çin Prezidenti Si Szinpin tezliklə Səudiyyə Ərəbistanına səfər edəcək.

AzerTimes xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Fərhan deyib.

“Səfər Krallığın böyük maraq göstərdiyi Səudiyyə-Çin Sammiti, Körfəz-Çin Sammiti və Ərəb-Çin Sammiti ərəfəsində mühüm bir vaxta təsadüf edir. İki ölkə arasında tarixi və möhkəm münasibətlər ümumi prinsiplərə və qarşılıqlı hörmətə əsaslanır ki, bu da beynəlxalq sülhün və sabitliyin möhkəmlənməsinə töhfə verir”, – o bildirib.

Qeyd edək ki, iki ölkə arasında yüksək səviyyəli görüşlərin elan edilməsi Çinin xarici işlər naziri Vanq Yi və şahzadə Faysal arasında aparılan danışıqlardan sonra verilib. Si Szinpin sonuncu dəfə Səudiyyə Ərəbistanına 2016-cı ildə səfər edib. 2019-cu ildə isə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Pekinə səfər edib.

Teqlər: