Seyid cəddinə güvənən kimi, biz də… – Novruzov

Seyid cəddinə güvənən kimi, biz də… – Novruzov

Seyid cəddinə bel bağladığı kimi, biz də neft və qaza bel bağlamamalı, iş yerlərini artırmalı, pul gətirən sahələrə diqqət verməliyik. Xüsusilə, orta və kiçik sahibkarlığa, kənd təsərrüfatı sahəsinə diqqəti artırmalıyıq.

AzerTimes xəbər verir ki, bunu parlmentdə büdcə müzakirələri zamanı komitə sədri Siyavuş Novruzov deyib.

S.Novruz xatırladıb ki, Naxçıvan Muxtar Respublikasına təyyarə biletlərinin qiyməti bahalaşıb:

“Hörmətli maliyyə naziri Samir Şərifov da buradadır. Təklif edirəm ki, büdcədən bu istiqamətdə dotasiya ayrılsın və insanlar çətinlik çəkməsin.

Digər tərəfdən, təklif edirəm ki, müharibə veteranlarına verilən 80 manat 130 manata qaldırılsın. Nəzərə almaq lazımdır ki, bu dövrdə kommunal xərclər də artırılıb.

Eyni zamanda I Qarabağ müharibəsinin iştirakçıları ilə II Qarabağ müharibəsi iştirakçıları arasında fərq qoyulmamalıdır. Birinci müharibə zamanı oğlanlarımız vətəni silahsız, hökumətsiz, Ali Baş Komandan olmadan qoruyub”.

Teqlər: