Sevinirəm ki, gənc yaşımda Olimpiya çempionu oldum – Azərbaycanlı paracüdoçu

Xəbər - Humay Ağacanova -Trend:

Sevinirəm ki, gənc yaşımda Olimpiya çempionu oldum və nəhayət, Tokioda Azərbaycanın himni səslənəcək.

AzerTimes-ın məlumatına görə, bu sözləri Tokio-2020 16-cı Yay Paralimpiya Oyunlarında cüdo üzrə qadınlar arasında 48 kiloqram çəki dərəcəsində qızıl medal qazanan Azərbaycan paracüdoçusu Şahanə Hacıyeva bildirib.

Bu qələbəsini müəlliminə, valieyndlərinə, şəhidlərimizə həsr etdiyini vurğulayan Ş.Hacıyeva komanda yoldaşlarından növbəti qalibiyyətləri gözlədiyini deyib.

Teqlər: