Severodonetskdə həlledici döyüşlər gedir – Malyar

Severodonetskdə həlledici döyüşlər gedir – Malyar

Hazırda Severodonetsk rayonunda həlledici döyüşlər gedir. Düşmənin qarşısına iyunun 26-na kimi Luqansk vilayətinin inzibati sərhədlərinə çıxmaq tələbi qoyulub.

AzerTimes xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Aanna Malyar deyib.

“İndi rus ordusu ətrafdakı yaşayış məntəqələrinə basqın etmək üçün faktiki olaraq bütün qüvvələrini cəlb edib. Qoşunlarımızın müdafiəsini yarmağa, Lisiçansk və Severodonetskin müdafiə edən hərbçilərimizi mühasirəyə almağa çalışırlar”, – Malyar bildirib.

Teqlər: