Şevçenko: Duqinanın ölümü, Ərdoğanın şəxsi kədəridir

Şevçenko: Duqinanın ölümü, Ərdoğanın şəxsi kədəridir

Qatillər çoxlarının düşündüyü kimi atasını deyil, Daria Duqinanı hədəfə alıblar.

AzerTimes xəbər verir ki, bu barədə politoloq və jurnalist Maksim Şevçenko sosial şəbəkədə bildirib.

“Daşa Duqina atasını və anasını sonsuz sevən heyrətamiz, günəşli bir qız idi. O, özünü fəlsəfəyə həsr etmiş, bir neçə dildə sərbəst danışırdı, Avropa və rus ədəbiyyatını yaxşı bilirdi. Atasının ardınca canını və göründüyü kimi həyatını Avrasiyaçılığın və imperiyanın siyasi subyektlərinə qurban verdi. İstisna etmirəm ki, məqsəd məhz Daşa idi. Terror aktının nəticələri diqqətlə düşünülüb”, – Şevçenko bildirib.

O, qeyd edib ki, Duqinin sevimli qızını öldürməklə, onun özünə ölümcül zərbə vurmaq, onu susmağa, qara kədərə qərq etməyə çalışıblar:

“Bu, həqiqi mənada siyasi və mənəvi terror aktıdır. Duqin uzun illər radikal antiliberalizm və siyasi anti-Qərbizm üzərində işləyir, proqnozlar verir. Xüsusilə ona və ailəsinə zərbə endirmək liberal qərbyönümlü isteblişmentin (Rusiya, Ukrayna və bütün postsovet məkanı üçün vahid) “mühafizəkar inqilab”ın və bütün anti-müxalifət qüvvələrinin siyasi konsolidasiyasının qarşısını almaq niyyətlərinin nümayişidir”.

Jurnalist vurğulayıb ki, Türkiyədə Duqinanın qətli hökumətin bir çox nümayəndəsi tərəfindən şəxsi kədər kimi qəbul edilib:

“Aleksandr Duqin Türkiyədə bir çox ziyalılar və siyasətçilər, hərbçilər və mülki şəxslər tərəfindən sevilir və hörmət edilir. O cümlədən, şəxsən Ərdoğan və onun ailə üzvləri tərəfindən. Türkiyə üçün Duqin ailəsindəki bu ölüm və kədər, təbii ki, Ukrayna və Rusiya ilə bağlı strategiyanın müəyyənləşdirilməsində mühüm mərhələ olacaq. Əgər bunu Ukrayna xüsusi xidmət orqanları edibsə və bu sübuta yetirilsə, o zaman Türkiyə-Ukrayna münasibətlərində ciddi çat yaranacaq. Ukrayna tərəfinin sosial şəbəkələrdə Duqinanın ölümü ilə bağlı sevinməsi Türkiyə ictimai rəyində baş verənlərdən mənfi rezonansı daha da artırır”.

Teqlər: