“Çelsi” Premyer Liqada ilk məğlubiyyətini aldı

“Çelsi” Premyer Liqada ilk məğlubiyyətini aldı

“Çelsi” komandası İngiltərə Premyer Liqasında növbəti oyununu keçirib.

AzerTimes-ın məlumatına görə, London təmsilçisi III turda “Lids Yunayted”in qonağı olub.

Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə bitib. Qolları 33-cü dəqiqədə Brenden Eronson, 37-ci dəqiqədə Rodriqo, 69-cu dəqiqədə isə Cek Harrison vurub.

“Lids Yunayted” qələbə sayəsində xallarının sayını 7-ə çatdıraraq üçüncü pilləyə yüksəlib. 4 xalı olan “zadəganlar” 12-cı sırada yer alıb.

Teqlər: