Sevastopolda dəhşətli təyyarə qəzası – Video

Sevastopolda dəhşətli təyyarə qəzası – Video

Krımın Sevastopol şəhərində hava limanı ərazisində təyyarə eniş zamanı uçuş-enmə zolağından çıxıb və yanıb.

AzerTimes xəbər verir ki, bu barədə şəhərin qubernatoru Mixail Razvojayev məlumat verib.

Bildirilib ki, “Belbek” aerodromundakı qəza zamanı yanan təyyarənin söndürülməsi üçün yanğınsöndürənlər hadisə yerinə cəlb olunub və yanğın söndürülüb.

Pilotun təyyarə havada olarkən katapult edərək xilas olduğu vurğulanıb.

Digər versiyaya görə isə aerodrom Ukrayna ordusu tərəfindən vurulub.

Teqlər: