Seul xəbərdarlıq etdi: Rusiya və Şimali Koreya…

Seul xəbərdarlıq etdi: Rusiya və Şimali Koreya…

Rusiyada Kim Çen İnlə Vladimir Putinin görüşündən sonra Pxenyan və Moskva arasında mümkün hərbi əməkdaşlıqdan narahatıq.

AzerTimes xəbər verir ki, bunu Cənubi Koreyanın Birləşmə məsələləri üzrə naziri Kim Yun Ho deyib.

Onun fikrincə, avtoritar rejimlər bir növ hərbi saziş bağlamaq üzrədir və bunu Kim Çen İnin Şimali Koreyadakı silah-sursat zavodlarına son səfərləri və Rusiyaya gedişi göstərir.

Birləşmə naziri Rusiyanın müdafiə naziri Sergey Şoyqunun bu yaxınlarda Pxenyana səfərini və Moskvanın Pxenyana peykin inkişafına dəstək təklifini də xatırladıb:

“Hərbi əməkdaşlıq və silah sazişi ilə bağlı dərin narahatıq”.

Teqlər: