Ər-Riyad Cənubi Koreya şirkətləri ilə 30 milyard dollarlıq investisiya müqaviləsi imzalayıb.
AzerTimes xəbər verir ki, bu barədə mediada məlumat yayılıb.
“Cənubi Koreya Prezidenti Yun Suk-Yeol və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ölkələrinin iqtisadi və enerji təhlükəsizliyi, eləcə də digər sahələrdə əməkdaşlıq barədə müzakirə aparıblar. “Samsunq” şirkəti və “POSCO Holdinqs Inc” səudiyyəli həmkarları ilə enerji əməkdaşlığı, dəmir yolları, kimya, əczaçılıq sahələrdə 20-dən çox müqavilə imzalayıblar”, – məlumatda deyilir.