Səudiyyənin kosmik missiyası kosmosa nə vaxt gedir?

Səudiyyənin kosmik missiyası kosmosa nə vaxt gedir?

Səudiyyə Ərəbistanının iki astronavtdan ibarət Beynəlxalq Kosmik Stansiyaya göndəriləcək kosmik missiyasının fəzaya buraxılması tarixi açıqlanıb.

AzerTimes xəbər verir ki, bununla bağlı Səudiyyə Ərəbistanının Kosmik Komissiyası, NASA, “SpeysX” və “Axiom Space” şirkətlərinin Ər-Riyadda keçirilən birgə mətbuat konfransında bildirilib.

Qeyd olunub ki, ilk milli astronavt proqramının üzvləri olan Əli əl-Qarni və Rayyana Bərnavinin daxil olduqları “Axiom-2” missiyası mayın 8-də ABŞ-nin Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən kosmik fəzaya göndəriləcək. Onları təcrübəli amerikalı astronavtlar Peqi Uitson və Con Şofner müşayiət edəcəklər.

Teqlər: