Səudiyyədən Məkkə Yolu layihəsi: 5 ölkə…

Səudiyyədən Məkkə Yolu layihəsi: 5 ölkə…

Səudiyyə Ərəbistanı “Vizyon 2030” proqramlarından biri olan “Allahın Qonaqlarına Xidmət Proqramı” təşəbbüsləri çərçivəsində Pakistan, Malayziya, İndoneziya, Mərakeş və Banqladeşdə “Məkkə Yolu” layihəsinə start verib.

AzerTimes xəbər verir ki, Səudiyyə Daxili İşlər Nazirliyinin verdiyi açıqlamaya görə, Məkkə Yolu layihəsi bu 5 ölkədəki zəvvarlar ölkələrini tərk edərkən elektron viza, pasport və sağlamlıq prosedurlarından tutmuş nəqliyyat, yerləşdirmə və baqaj prosedurlarına qədər bir çox asanlığı ehtiva edir.

Açıqlamada Məkkə Yolu layihəsinin Xarici İşlər, Həcc və Ümrə ilə Səhiyyə nazirlikləri, eləcə də bir çox dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində həyata keçirildiyi bildirilib.

Teqlər: