Səudiyyə Ukraynaya 400 milyonluq yardım ayırır

Səudiyyə Ukraynaya 400 milyonluq yardım ayırır

Səudiyyə Ərəbistanı Krallığı Ukraynaya 400 milyon dollarlıq humanitar yardım paketi verəcək.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşündən sonra keçirilən brifinqdə Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri, şahzadə Feysəl bin Fərhan Əl Səud deyib.

“Biz Ukrayna xalqının humanitar ehtiyaclarını, o cümlədən 400 milyon dollar dəyərində iki humanitar yardım paketinin verilməsini müzakirə etdik. Ümid edirik ki, bu yardım ehtiyacı olanlara çatacaq və humanitar problemlərin həllinə kömək edəcək.

Ümid edirəm ki, bu, həm məcburi köçkünlərə, həm də Ukrayna sərhədlərini tərk edənlərə kömək edəcək”,- nazir bildirib.

O, Səudiyyə Ərəbistanının “döyüş əməliyyatlarının şiddətini azaltmaq üçün” mümkün olan hər şeyi etmək istədiyini də vurğulayıb.

Teqlər: