Səudiyyə hidrogenlə işləyən qatarı sınaqdan keçirir

Səudiyyə hidrogenlə işləyən qatarı sınaqdan keçirir

Səudiyyə Ərəbistanı gələn həftə regionda bir ilkə imza ataraq, hidrogen yanacağı ilə işləyən qatarı sınaqdan keçirəcək.

AzerTimes xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının energetika naziri, şahzadə Əbdüləziz bin Salman əl Səud Yaxın Şərq və Şimali Afrika ölkələri üçün Regional İqlim Həftəsinin açılışında çıxışı zamanı deyib.

“Biz etibarlı, şəffaf və uyğunlaşa bilən mexanizmimizi daxili bazara çıxaracağıq. Bu, Yaxın Şərqdə ilk hidrogen qatarı olacaq, sınaqları gələn həftə başlayacaq və bir neçə ay davam edəcək”, – deyə nazir bildirib.

Hidrogen yanacağı ilə işləyəcək qatar atmosferə yalnız ekoloji cəhətdən təmiz su buxarı buraxacaq.

Teqlər: