İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman
bin Əbdüləziz Al Səuddan Prezident İlham Əliyevə təbrik məktubu
gəlib.
Trend xəbər verir ki, təbrikdə deyilir:
“Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə
Zati-alinizə ən səmimi təbriklərimizi çatdırırıq. Sizə möhkəm
cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının
hökumətinə və xalqına davamlı inkişaf və tərəqqi arzu edirik”.