Klaus Verner İohannis Prezident İlham Əliyevi təbrik edib

Rumıniyanın Prezidenti Klaus Verner İohannisdən Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Trend xəbər verir ki, məktubda deyilir:

“Cənab Prezident.

Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə
ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Bu bayram ərəfəsində mən Rumıniya ilə Azərbaycan Respublikası
arasında bir çox səviyyələrdəki dialoqun və əməkdaşlığın ikitərəfli
strateji tərəfdaşlıq vasitəsilə möhkəm təməllər üzərində inkişaf
edəcəyinə və şaxələnəcəyinə qəti inamımı ifadə edirəm.

Xüsusilə regional əhəmiyyətli enerji və nəqliyyat kimi strateji
sahələrdə ikitərəfli iqtisadi inkişafın intensivləşdirilməsi və
şaxələndirilməsi qarşıdakı dövrdə ölkələrimiz arasında
münasibətlərin mühüm istiqamətini təşkil edir.

Cənab Prezident, Sizi əmin etmək istəyirəm ki, Rumıniya
Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında dialoqun
inkişafına dəstəyini davam etdirəcəkdir.

Bu xoş fürsətdən istifadə edərək bu il diplomatik
münasibətlərimizin 30 illiyinin qeyd olunması kontekstində Sizin
Rumıniyaya səfər etməyinizlə bağlı dəvətimizi bir daha çatdırmaq
istəyirəm.

Cənab Prezident, xahiş edirəm, Sizə olan dərin ehtiramımı qəbul
edəsiniz”.

Teqlər: