Səudiyyə Ərəbistanında qırıcı təyyarə qəzaya uğradı

Səudiyyə Ərəbistanında qırıcı təyyarə qəzaya uğradı

Səudiyyə Ərəbistanının şərqində Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarə qəzaya uğrayıb.

AzerTimes xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bazar günü axşam saatlarında F-15S qırıcısı təlim uçuşu zamanı texniki nasazlıq səbəbindən qəzaya uğrayıb.

Hadisə Dhahran şəhərindəki aviabazanın yaxınlığında baş verib.

Pilotlar katapult ediblər, ölən olmayıb.

Hadisənin səbəbləri araşdırılır.

Teqlər: