Səudiyyə Ərəbistanında ağır yol qəzası: 8 nəfər ölüb, 43 nəfər yaralanıb

Səudiyyə Ərəbistanında Mədinə şəhəri ilə Məkkəni birləşdirən
avtomobil yolunda sərnişin avtobusu aşıb.

Trend “Alriyadh” qəzetinə istinadən xəbər verir ki, qəza
nəticəsində 8 nəfər həlak olub, 43 nəfər isə xəsarət alıb.

Hadisə yerinə çox sayda xilasedicilər və təcili tibbi yardım
briqadaları cəlb edilib. Xəsarət alanlar xəstəxanaya
yerləşdirilib.

Bildirilib ki, xəsarət alanlardan 3-ünün vəziyyəti ağır, 10-unun
vəziyyəti orta ağır, 30-unun vəziyyəti isə stabil
dəyərləndirilir.

Digər təfərrüatlar barədə məlumat verilmir.