Səudiyyə Ərəbistanı Qran Prisi planlaşdırıldığı qaydada keçiriləcək

“Formula 1”-in Səudiyyə Ərəbistanı Qran Prisi planlaşdırıldığı
qaydada keçiriləcək.

Trend “Al Arabiya” telekanalına istinadən xəbər verir ki, bunu
yarışın təşkilatçıları Ciddə şəhərində Qran Prinin keçiriləcəyi
meydança yaxınlığında neft nəhəngi “Aramco”-ya məxsus obyektə
hücumlardan sonra bildiriblər.

“Yarış təşkilatçıları bütün lazımi təhlükəsizlik tədbirlərinin
həyata keçirilməsini təmin etmək üçün Səudiyyə Ərəbistanının
təhlükəsizlik orqanları, həmçinin F1 və (idarəetmə orqanı) FIA ilə
daimi əlaqədərilər”, – məlumatda deyilir.

Təşkilatçılar həmçinin yarışın həftəsonu cədvələ uyğun olaraq
keçiriləcəyi bildirilir.

Teqlər: