Səudiyyə Ərəbistanı “Moderna” şirkətinin COVID-19-a qarşı peyvəndinin istifadəsinə razılıq verib

Səudiyyə Ərəbistanının Qida məhsularına və dərmanlara sanitar nəzarət üzrə İdarəsi ABŞ-ın “Moderna” firması tərəfindən istehsal olunan yeni koronavirusa qarşı peyvəndin ölkədə istifadəsinə razılıq verib.

AzerTimes-ın məlumatına görə, bu barədə qurumun saytında bildirilib.

Məlumatda qeyd olunub: “Moderna” şirkətindən bütün lazımi sənədləri aldıqdan və peyvəndin etibarlılığını təsdiqlədikdən sonra dərmanı ölkəyə gətirilə və burada müxtəlif tibb müəssisələri tərəfindən istifadə edilə bilər”.

İdarədə vurğulayıblar ki, Səudiyyə Ərəbistanına gələn hər bir peyvənd partiyası onun keyfiyyətinə zəmanət vermək üçün yoxlamadan keçiriləcək.