Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi Prezident İlham Əliyevi təbrik edib

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazirin müavini
Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuddan Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Trend xəbər verir ki, məktubda deyilir:

“Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə
Zati-alinizə ən səmimi təbriklərimizi çatdırırıq. Sizə möhkəm
cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının
hökumətinə və xalqına daha böyük inkişaf və firavanlıq arzu
edirik”.

Teqlər: