Aerobika gimnastikası üzrə 6-cı Azərbaycan Çempionatı və Bakı Birinciliyi keçiriləcək

Azərbaycan Gimnastika Federasiyası milli yarışlar mövsümünü
aerobika gimnastikası üzrə Azərbaycan çempionatı və Bakı
birinciliyi ilə davam etdirir.

Bakı Olimpiya İdman Kompleksində keçiriləcək yarışda “Ocaq
Sport” klubu, “Zirvə”İK, “Grasiya” İK və Sumqayıt OİK-dən 80
gimnast medallar uğrunda mübarizə aparacaq.

İdmançılar Bakı birinciliyində balacalar (2014-2015-ci il),
uşaqlar (2011-2013-ci il), yeniyetmələr (2008-2010-ci illər) və
gənclər (2005-2007-ci il illər), Azərbaycan çempionatında isə
yeniyetmələr (2008-2010-ci illər), gənclər (2005-2007-ci il illər)
və böyüklər yaş kateqoriyasında (2004-cü il və daha böyük) mübarizə
aparacaqlar.

Gimnastlar müvafiq yaş kateqoriyalarına uyğun olaraq fərdi,
qarışıq cütlük, üçlük və qrup proqramında çıxış edəcəklər.
Gimnastikasevərlər bu dəfə də ölkəmizdə 2013-cü ilin sonlarından
inkişaf edən aerobika gimnastikası üzrə yarışlarda yaşanacaq
həyəcanlı anlara şahidlik etmək imkanı qazanacaqlar.

Yarışları izləmək istəyən tamaşaçılar biletləri onlayn qaydada
https://iticket.az/ saytından və şəhərin kassalarından əldə edə
bilərlər. Biletlərin qiyməti 5 manat təşkil edir.

Yarışlar haqda məlumatlar mütəmadi olaraq www.agf.az saytında
yenilənəcək.

Yarış saat 12:00-da başlayacaq

Ünvan: Bakı Olimpiya İdman Kompleksi

Bakı şəh., Olimpiya küç., 7

Tel.: +99412 465 2274

Teqlər: