Səudiyyə Ərəbistanda koronavirusa qarşı məhdudiyyətlərin müddəti uzadılır

Səudiyyə Ərəbistanı “COVID-19″a qarşı tədbiq edilən məhdudiyyətlərin müddətini daha 20 gün uzatdığını elan edib.

AzerTimes-ın məlumatına görə, məhdudiyyətlərə toplantıların və əyləncə tədbirlərinin qadağan edilməsi, həmçinin restoran, kafe və kinoteatrların xidmətlərinin bağlanması daxildir. Karantin tədbirlərinin yenidən uzadıla biləcəyi istisna olmadığı bildirilir.


Xatırladaq ki, iki həftə əvvəl Səudiyyə Ərəbistanı 20 ölkədən müsafirlərə krallığa girişi bağlayıb. Qadağa ölkə vətəndaşları, diplomatlar, tibb işçilər və onların ailə üzvlərinə şamil olunmur.

Teqlər: