Səs yazısı yayılan müəllim işdən çıxarıldı – Video

Səs yazısı yayılan müəllim işdən çıxarıldı – Video

Sumqayıt şəhər 16 nömrəli tam orta məktəbin müəlliminin səs yazısı yayılıb. Həmin səsdə müəllimin attestat və digər işlərlə bağlı valideyndən pul tələb etdiyi əks edilib.

AzerTimes xəbər verir ki, Abşeron-Xızı Regional Təhsil İdarəsindən Oxu.az-a bildirilib ki, müəllim dərhal işindən azad edilib:

“Müəllimin adını deməyi düzgün hesab etmirik. Məktəb rəhbərliyi ilə bağlı isə məzuniyyətdən qayıtdıqdan sonra qanunvericiliyə uyğun tədbir görüləcək”.

Teqlər: