Sərxoş sürücülər 1 nəfərin ölümünə, 4 nəfərin yaralanmasına səbəb olub

2022-ci ilin yanvar-mart aylarında Azərbaycanda nəqliyyat
vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və
ya bədən xəsarəti ilə nəticələnən 3 hadisə baş verib.

AzerTimes-ın
məlumatına görə, nəticədə 1 nəfər həlak olub, 4 nəfər yaralanıb. Bu
hadisələrin 2-si minik avtomobillərinin sürücüləri tərəfindən
törədilib.

Ümumilikdə qeyd olunan müddət ərzində ölkədə 403 və ya 2021-ci
ilin müvafiq dövrü ilə müqayisədə 7,2 faiz çox yol-nəqliyyat
hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin
sayı 12,3 faiz artaraq 556 nəfər olub. Onlardan 183-ü həlak olub,
373-ü isə yaralanıb.

Hadisələrin 48,9 faizi gündüz, 35,0 faizi gecə, 16,1 faizi isə
toran vaxtı baş verib, 29,0 faizi həftənin şənbə və bazar günlərinə
təsadüf edib.

Teqlər: