Sərxoş ata meşədə oğlunu güllələdi

Sərxoş ata meşədə oğlunu güllələdi

Daşkəsəndə güllələnmə hadisəsi baş verib.

AzerTimes Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Astaf kəndindəki meşədə qeydə alınıb.

Gədəbəy sakini Elfaq Abbasov güllə yarası ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, E.Abbasov atası tərəfindən ov tüfəngi ilə vurulub.

Hadisə vaxtı hər iki şəxsin sərxoş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: