Sertifikatlaşdırma prosesində müsahibələr başladı

Sertifikatlaşdırma prosesində müsahibələr başladı

Təhsilverənlərin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinə start verilib.

Elm və Təhsil Nazirliyindən AzerTimes-a verilən məlumata görə, müsahibələr 12-13-14-16-17-19 sentyabr tarixlərində, onlayn formatda təşkil olunacaq.

Müsahibə linki təhsilverənlərin şəxsi kabinetlərinə göndərilib.

Qeyd edək ki, təhsilverənlərin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinə aid Azərbaycan və rus bölməsi üzrə mövzular miq.edu.az saytında və portal.edu.az platformasında mövcuddur.

Teqlər: