Sərt qış olmadı, evdə donmadıq… – Şolts

Sərt qış olmadı, evdə donmadıq… – Şolts

Almaniyada sərt qış və mənzillərin soyuq olacağı ilə bağlı proqnozlar özünü doğrultmadı.

AzerTimes xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.

“Bir neçə dəhşət ssenarisini xatırlayıram: kütləvi etirazlarla müşayiət olunan sərt qış, evdə soyuq və Almaniyada donmuş insanlar, ağlasığmaz ölçülərdə iqtisadi böhran. Yaxşı xəbər budur ki, bunların heç biri baş vermədi”, – Şolts bildirib.

Kansler qeyd edib ki, Almaniya Nazirlər Kabineti qazın və elektrik enerjisinin yüksək qiymətləri səbəbindən vətəndaşlara və biznesə dəstək olmaq üçün 300 milyard avro ayıracaq.

Teqlər: