“Şərqi-Mərkəzi Azəri” layihəsi üzrə işlər ən yüksək həddədir – bp

2022-ci ilin birinci rübünün sonuna “Şərqi-Mərkəzi Azəri” (ACE)
layihəsi üzrə işlər ümumilikdə 70% tamamlanıb.

Trend bu barədə bp şirkətinə istinadən məlumat
verir.

“Hazırda layihənin icrası üzrə işlər ən yüksək həddədir və bu
işlərə Bakı, Avropa və Birləşmiş Krallıqda 5500 nəfər insan cəlb
olunub ki, onların da əksəriyyəti Azərbaycan vətəndaşlarıdır.
Ümumilikdə, layihə üzrə mühəndis-layihə, tədarük və
istehsal-quraşdırma işləri ACE-dən ilk hasilatı 2023-cü ildə əldə
etmək qrafikinə uyğun davam edir. ACE platformanın üst modullarının
və qazma avadanlıqlarının istehsal-quraşdırma işləri Bibiheybətdəki
tikinti sahəsində davam edib. Üst modulların tikintisini icra edən
işçi heyəti fevral ayında əməyin təhlükəsizliyi üzrə mühüm bir
nailiyyəti – qəzasız 10 milyon iş saatını qeyd ediblər. Ümumilikdə,
layihə üzrə mühəndis-layihə, tədarük və istehsal-quraşdırma işləri
ACE-dən ilk hasilatı 2023-cü ildə əldə etmək qrafikinə uyğun davam
edir”, – hesabatda deyilir.

ACE əməliyyatlarının qurudan idarə olunması üçün Səngəçal
terminalında modifikasiya tikinti işlərinə başlanıb.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: